"Müharibənin kulminasiyası yaxınlaşır. Mart ayında Rusiyanın yeni hücumu baş verəcək. O zaman müharibəni tamamilə bitirmək çətin olsa da, Rusiyanın artıq ikinci belə hücuma gücü çatmayacaq".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
Ekspertin proqnozuna görə, müharibənin bu ilin birinci yarısında bitməsi gözlənilmir: "Amma düşünürəm ki, martdakı hücumlar müharibənin kulminasiya nöqtəsi olacaq. Hesab edirəm ki, bu kulminasiya nöqtəsindən sonrakı mərhələdə Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı olacaq və bu, Ukrayna ərazilərinin azad edilməsinə gətirib çıxaracaq. Rusiyanın müdafiəsi zəifləyəcək".
İmanverdi Allahverdiyev
