“Ermənistan bu çətin zamanda xalqımıza dostluq əli uzadıb, həmrəylik nümayiş etdirib”.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Çavuşoğlu Ermənistanın axtarış-xilasetmə qruplarının 2 nəfəri dağıntılar altından xilas etdiyini bildirib: "Onlara da təşəkkür etmək istəyirəm. Onlar həqiqətən çox çalışdılar və vətəndaşlarımızı xilas edəndə onların necə xoşbəxt olduqlarını gördük" .
Mirzoyan isə, “Sülh qurmaq istəyimizi bir daha təsdiqləmək üçün bu çətin günlərdə Türkiyədə olmaq istərdim”, – deyə bildirib.
Qeyd edək ki, Ermənistan Türkiyəyə 100 ton humanitar yardım göndərdib.
Lalə Salmanova
