Məzmuna keç

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər

Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

E-huquq.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.

Onun sözlərinə görə, Ukraynadakı müharibədə Rusiyaya dəstək olan şirkətlərə qarşı sanksiyalar tətbiq oluna bilər: “Biz ilk dəfə olaraq İran təşkilatlarına, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olan təşkilatlara qarşı sanksiyalar tətbiq etməyi təklif edirik”.

Ursula fon der Lyayen deyib ki, ümumi dəyəri 11 milyard avro olan 10-cu sanksiya paketi ticarət və hərbi texnika ixracını hədəf alacaq.

İmanverdi Allahverdiyev