Suriya İnsan Haqları Şəbəkəsi (SNHR) zəlzələ qurbanlarının sayının artmasına görə Birləşmiş Millətlər Təşkilatını (BMT) günahlandırıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda bildirilib.
“Birləşmiş Millətlər Təşkilatının Suriyanın şimal-qərbində zəlzələdən zərər çəkmiş bölgələrə yardımı gecikdirməsi itkilərin artmasına səbəb olub”, – deyə bəyanatda vurğulanıb.
SNHR BMT-dən yardımın gecikməsinin səbəbini araşdırmağı tələb edib.
Qeyd edək ki, Suriyadakı zəlzələlər nəticəsində təxminən 3 688 nəfər həyatını itirib, 14 749 nəfər isə yaralanıb.
Lalə Salmanova
