Məzmuna keç

Reznikov: “Əks-hücum əməliyyatına başlaması üçün Ukraynaya vaxt lazımdır”

"Ukrayna bir neçə aydan sonra hücuma keçməyə hazır olacaq".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin böyük əks-hücum əməliyyatına başlaması və Rusiya tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi üçün daha bir neçə ay vaxt lazım olacaq.

"Qərbin vəd etdiyi tanklar və digər texnikalar Ukraynaya dərhal yox, müəyyən müddətdən sonra gələcək. Məhz ona görə ekipajlar təlim keçməli olacaqlar. Çünki onlar bütöv bir komanda halında hazırlaşmalıdırlar", – deyə Reznikov qeyd edib.

İmanverdi Allahverdiyev