Məzmuna keç

Yermak: “Ötən gecə Ukrayna ərazisi PUA və raketlərlə hücuma məruz qalıb”

Fevralın 16-na keçən gecə Rusiya Ukrayna ərazisinə PUA və raketlərlə hücum edib.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak deyib.

O bildirib ki, Rusiya Ukraynanın şimalına, qərbinə, həmçinin Dnepropetrovsk və Kirovoqrad vilayətlərinə zərbələr endirib.

"Lakin Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri düşmənin əksər raket və PUA-larını zərərsizləşdirə bilib", – deyə Yermak qeyd edib.

İmanverdi Allahverdiyev