Məzmuna keç

Ötən il Ukraynadan Almaniyaya gələn miqrantların sayı açıqlandı

Ötən il Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq Ukraynadan Almaniyaya 1,1 milyon miqrant gəlib.

E-huquq.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabatda bu rəqəmin 2015-ci ildə Yaxın Şərqdən gələn miqrant axınından çox olduğu vurğulanıb.

Qeyd olunub ki, mühacirlərin üçdə ikisi Rusiya-Ukrayna müharibəsinin ilk üç ayında gəlib.

İmanverdi Allahverdiyev