Məzmuna keç

Pakistanda qatarda partlayış oldu, ölən və yaralılar var

Pakistanın Peşavar şəhərində sərnişin qatarında partlayış baş verib.

E-huquq.az CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Hadisə yerinə polis əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Lalə Salmanova