Avropa İttifaqı (Aİ) ölkələrinin sakinlərinin 60%-dən çoxu Rusiya-Ukrayna müharibəsində Ukraynanın qələbə qazanacağına inanır.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə "Eupinions" tərəfindən aparılan sorğunun nəticələrində bildirilib.
Sorğuya əsasən, Kiyevin qələbəsinə ən yüksək inam Polşadadır. Belə ki, respondentlərin 81%-i Ukraynanın qələbə qazanacağına əmindir.
Əksər ölkələrdə orta hesabla bu göstərici 60-68% təşkil edib. Belçikada respondentlərin 60%-i, İspaniyada 62%-i, Fransada 65%-i, Niderlanda isə 68%-i Ukraynanın qələbəsinə əminliyini bildirib.
Ən aşağı inam isə İtaliyadadır – respondentlərin cəmi 51%-i inanır ki, Ukrayna müharibədə qələbə qazacaq.
İmanverdi Allahverdiyev
