Məzmuna keç

Adıyamandakı çadır şəhərciyi zəlzələdən zərər çəkən 5 min nəfərə xidmət edir –

Türkiyədə güclü zəlzələnin ciddi fəsadlar törətdiyi Adıyamanda qurulan çadır şəhərciyində 5 min nəfərə xidmət göstərilir.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, burada səhra xəstəxanası da qurulub və zəlzələdən zərərçəkənlərin istifadəsinə verilib.

Eyni zamanda çadır şəhərciyinin sakinləri gün ərzində 3 dəfə isti yemək və digər zəruri xidmətlərlə təmin olunub.

Jandarma Baş Komandanı general Arif Çətin Adıyamandakı çadır şəhərciyini ziyarət edib və göstərilən xidmətdən yerində tanış olub.

Qeyd edək ki, şəhərcikdə təxminən 500 personal xidmət göstərir.

Lalə Salmanova