Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) zəlzələlərdən sonra Türkiyə və Suriyaya 91 yardım təyyarəsi göndərib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, zəlzələdən zərərçəkənlərə kömək məqsədilə başladılan “Yiğit Süvari 2” əməliyyatı davam edir və zəlzələ bölgəsinə ümumilikdə 2 549 ton humanitar yardım göndərilib.
Qeyd edək ki, BƏƏ Qaziantepin İslahiye rayonunda zəlzələdən zərərçəkənlər üçün 4-ü reanimasiya olmaqla 54 çarpayılıq səhra xəstəxanası qurub.
Lalə Salmanova
