Məzmuna keç

Ukraynanın Sumı vilayəti ilə sərhəddə 10 min rus hərbçisi toplaşıb

Ukraynanın Sumı vilayəti ilə sərhəd yaxınlığında 10 min rus hərbçisi toplaşıb.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş leytenantı Andrey Qulakov deyib.

Onun sözlərinə görə, bu qüvvə indiyədək həmin ərazidə cəmləşən ən böyük hərbi qüvvədir.

Qulakov əlavə edib ki, ruslar orada səhra xəstəxanası da qurublar: "Bütün bunlar Rusiyanın hücum planlaşdırdığını göstərir".

İmanverdi Allahverdiyev