Məzmuna keç

FİFA zəlzələdən zərərçəkənlər üçün 1 milyon dollar ayırdı

FİFA Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə 1 milyon dollar yardım edəcək.

E-huquq.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Türkiyə Futbol Federasiyası (TFF) və Suriya Futbol Federasiyası (SFA) ilə məsləhətləşmələrdən sonra bu vəsait əsas humanitar yardımlar alınması üçün istifadə ediləcək.

Həmçinin FİFA atılacaq addımlarla bağlı TFF və SFA ilə əməkdaşlığı davam etdirəcəyini açıqlayıb.

Lalə Salmanova