Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) zəlzələlərdən zərər çəkən Suriyanın şimal-qərbinə lazımi yardımın göndərilməməsinə görə narahatdır.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ÜST-ün fövqəladə vəziyyətlər üzrə baş eksperti Mayk Rayan jurnalistlərə açıqlamasında bildirib.
O, eyni zamanda humanitar yardım çərçivəsində bəzi sərhəd qapılarının müvəqqəti açılmasının vacibliyinə toxunaraq, hazırda əsas diqqətin insanların ehtiyaclarına yönəldiyini bildirib.
Qeyd edək ki, ÜST Türkiyə və Suriyada zəlzələnin fəsadlarının aradan qaldırılmasına kömək etmək məqsədilə 84,5 milyon dollarlıq yardım barədə çağırış edib.
Lalə Salmanova
