Məzmuna keç

Apreldən Türkiyə universitetlərində tədris hibrid formada təşkil oluna bilər

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar universitetlərdə 2022-2023-cü illəri əhatə edən yaz sessiyasına dair yeni açıqlama verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, o, tədirs prosesinin onlayn olaraq həyata keçirilməsinə qərar verildiyini bildirib.

““Prosesin yaz sessiyası ilə məhdudlaşdırılması ilə bağlı bəzi qərarlar verilib. Alınan qərarlar aprel ayında yenidən nəzərdən keçiriləcək və əyani qayda ilə birlikdə hibrid təhsil sisteminin tətbiq edilməsinə baxılacaq”, – deyə o bildirib.

Sədrin sözlərinə görə, ölkədə yaz sessiyası fevralın 20-si onlayn qaydada başlaya bilər.

Xatırladaq ki, Türkiyədə daha əvvəl təhsilin yaya qədər onlayn olması barədə qərar verilib. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan universitetlərin hamısının yataqxanalarının zəlzələdən əziyyət çəkənlərə xidmət edəcəyini açıqlayıb.

Eltac Nurullazadə