Məzmuna keç

İndoneziyada 6,1 bal gücündə zəlzələ oldu

İndoneziyanın Maluku əyalətinin Key adalarındakı Tual şəhərinin cənub-qərbində 6,1 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat verib.

Zəlzələnin ocağı 38,6 km dərinlikdə olub. Dağıntılar və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, İndoneziya təbii fəlakətlərdən ən çox zərər çəkən ölkələr sırasındadır.

Lalə Salmanova