Almaniyanın "Scheppach" şirkəti Türkiyədə zəlzələ bölgəsinə 1368 generator göndərib.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, şirkət 1368 generator və 160 böyük elektrikli qızdırıcını 4 yük maşını ilə zəlzələ bölgəsinə yola salıb.
Şirkətin türk əsilli baş direktoru Serdar Eraslan zəlzələdən zərərçəkənlərə yardım etməyi özünə borc bildiyini deyib.
O, yardımları bundan sonra da davam etdirəcəklərini bildirib.
Lalə Salmanova
