Türkiyədə zəlzələ bölgəsində çalışan Çinin axtarış-xilasetmə qrupları ölkələrinə geri qayıdıb.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyənin Pekindəki səfiri Əbdülkadir Emin Önen hava limanında xilasedicilərin qarşılanma mərasimində iştirak edib.
Səfir axtarış-xilasetmə qrupuna təşəkkür edib: "Əminəm ki, hər biriniz ömür boyu unutmayacağınız anların şahidi olmusunuz. Siz zəlzələnin ağır nəticələrini yerində gördünüz. Fəlakətdən sonra göstərdiyiniz dəstək həmişə xatırlanacaq”.
Lalə Salmanova
