"Avropa özünü müdafiə etmək istəyirsə, silaha sarılmalıdır".
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
O, Avropanı müdafiə sənayesini gücləndirməyə çağırıb: "Silah istehsalı sürətləndirilməlidir. Eyni zamanda Avropa Hava Hücumundan Müdafiə Konfransı keçirilməlidir".
Makron çıxışında Rusiya-Ukrayna müharibəsinə də toxunub: "Biz uzanan münaqişəyə hazırıq. Ukraynanın müdafiəsi üçün mütləq dəstəyimizi və səylərimizi artırmalıyıq. Eyni zamanda, sülhün şərtlərini dərhal hazırlamalıyıq. Hələ danışıqların vaxtı gəlməyib, çünki Rusiya müharibəni seçib. O, mülki infrastruktura zərbə vurmaq və müharibə cinayətləri törətməyi seçib.
Rusiyanın hücumu uğursuz olmalıdır. Birlik və qətiyyət Ukraynanı lazımi vasitələrlə təmin etmək üçün vacibdir. Danışıqlar masası arxasına keçin və ukraynalıların razılaşdırdığı şərtlərlə uzunmüddətli sülh üçün çalışın. Mən Rusiyanın məğlubiyyətə məhkum olduğuna inanıram”.
Lalə Salmanova
