Mersin Vəkillər Kollegiyası zəlzələdən zərər çəkmiş 10 vilayətdə zəlzələdən zərəçəkənlərə göndərilən yardımların koordinasiyalı şəkildə çatdırılması üçün Zəlzələ Komissiyası qurub.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, bu barədə Kollegiyanın iclasında qərar qəbul edilib.
Bildirilib ki, vəkillərdən ibarət könüllü qrup Mersindən göndərilən yardımların koordinasiyasını həyata keçirəcək.
İclasda, həmçinin zəlzələ bölgəsinə yardımla bağlı yol xəritəsi də müəyyən edilib, Kollegiyanın rəhbərliyi və komissiya üzvləri təklif və tələblərini bildiriblər.
Lalə Salmanova
