Türkiyədə Pazarcık və Elbistan rayonlarında baş verən güclü zəlzələlər Çelikhan rayonunda da dağıntılara səbəb olub.
Bu barədə e-huquq.az “Anadoluya”ya istinadən xəbər verir.
7,7 və 7,6 bal gücündə baş verən zəlzələlər Adıyaman-Çəlixan avtomobil yolunda dərin yarıqlar və sürüşmələr əmələ gətirib.
Qeyd edək ki, hazırda aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik məqsədilə işlər davam etdirilir.
Lalə Salmanova
