Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələ bölgəsində dağıntıların aradan qaldırılması istiqamətində işlərin aparıldığı ərazilərdə vətəndaşlara SMS vasitəsilə xəbərdarlıq göndərir.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, SMS xəbərdarlığın göndərilməsində məqsəd vətəndaşların təhlükəsizliyini təmin etməkdir.
"Zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar olaraq tikinti texnikası və yük maşınılarının sıxlığı müşahidə olunur. Çətinliklə üzləşməmək üçün vacib olmadıqca bu ərazilərə gəlməyin", – deyə xəbərdarlıqda qeyd olunur.
Lalə Salmanova
