Qana Respublikasından Türkiyədə zəlzəldən zərərçəkənlər üçün 17 tonadək humanitar yardım göndərilib.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Akkradakı səfiri Özlem Ergün Ulueren bildirib.
Onun sözlərinə görə, Qanadakı Türkiyə vətəndaşları ilə yanaşı, Qana vətəndaşları və şirkətləri tərəfindən 4 tona yaxın yardım materialı toplanıb.
Səfir bildirib ki, göndərilən yardımlar arasında yorğan, yataq, paltarlar, təmizlik materialları, generatorlar və s. olub.
Ulueren deyib ki, Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) tərəfindən verilən 13 ton çadır, ədyal və gigiyenik vasitələriTürkiyə Hava Yolları vasitəsilə Türkiyəyə daşınıb.
Lalə Salmanova
