Məzmuna keç

İsrail Ali Məhkəməsinin səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsinə qarşı etiraz aksiyaları keçirilib –

İsraildə Ali Məhkəmənin bəzi səlahiyyətlərinin Parlamentə (Knesset) verilməsini nəzərdə tutan və məhkəmənin əsas məsələlər üzrə nəzarəti həyata keçirmək səlahiyyətini faktiki olaraq aradan qaldıran qanun layihəsinə qarşı etiraz aksiyaları keçirilib.

E-huquq.az CNN-ə istinadən xəbər verir ki, aksiyaçılar Parlament binası önünə toplaşaraq məhkəmənin səlahiyyətini məhdudlaşdıran qanun layihəsinə etiraz ediblər.

Qüdslə yanaşı, Tel-Əviv və digər şəhərlərdə də yüzlərlə insan aksiylara qoşulub. Tel-Əvivdə nümayişçilər yolu bağlayıb, avtomobillərin hərəkətinə mane olublar.

Qeyd edək ki, İsrailin ədliyyə naziri Yariv Levin yanvarın 5-də bildirib ki, hökumət Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıran və məhkəmənin hakimlərin seçiminə təsirini azaldan qanun layihəsi hazırlayır. Yeni qanun layihəsi, həmçinin Ali Məhkəmənin Parlamentin qəbul etdiyi qanunları ləğv etmək səlahiyyətini də əlindən alır.

İmanverdi Allahverdiyev