İranın cənub-qərbindəki Fars əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın Milli Seysmoloji Mərkəzi məlumat verib.
Məlumata görə, episentri Fars əyalətinin Dorz kəndində olan zəlzələ yerli vaxtla saat 09:35-də qeydə alınıb. Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Qeyd edək ki, zəlzələdən sonra dağıntılar və tələfat barədə məlumat verilməyib.
Lalə Salmanova
