Məzmuna keç

Rusiyanın Ukraynadakı itkilərinin sayı açıqlandı

Rusiya ordusunun Ukraynadakı itkilərinin sayı 144 min nəfəri ötüb.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata görə, son sutkada Rusiyanın 760 hərbçi məhv edilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3326 tank, 6562 zirehli maşın, 2023 operativ-taktiki PUA, 469 reaktiv yaylım atəşi sistemi, 2338 artilleriya sistemi, 243 hava hücumundan müdafiə sistemi, 299 təyyarə, 287 helikopter, 5210 avtomobil və tanker, 226 xüsusi texnikadan ibarətdir.

İmanverdi Allahverdiyev