Məzmuna keç

Ərdoğan zəlzələnin baş verdiyi Osmaniyə bölgəsinə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağıntılara məruz qalan Osmaniyə şəhərinə səfərə gedib.

E-huquq.az bu barədə "Anadolu"ya istinadən xəbər verir.

Məlumata görə, Esenboğa Hava Limanından yola düşən Ərdoğanı Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı müşayiət edir.

Prezidentin Osmaniyədən sonra Qaziantepin Nurdağı və İslahiye rayonlarında zəlzələdən zərərçəkənlərlə görüşəcəyi, aparılan işlərlə yerinə tanış olacağı bildirilir.

Lalə Salmanova