Məzmuna keç

Blinken: “ABŞ Rusiya ilə strateji hücum silahlarına dair danışıqlara hazırdır”

“ABŞ Strateji Hücum Silahlarının İxtisarı haqqında Müqavilə üzrə Rusiya ilə hələ də istənilən vaxt danışıqlara hazırdır”.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

O, Rusiyanın Strateji Hücum Silahlarının İxtisarı haqqında Müqavilədə iştirakının dayandırmasına dair qərarından məyus olduğunu vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisə müraciətində Strateji Hücum Silahlarının İxtisarı Müqaviləsində iştirakını dayandırdıqlarını bidirib.

Xatırladaq ki, bir müddət əvvəl NATO Rusiyanın bu müqavilənin şərtlərinə əməl etmədiyini vurğulamışdı.