Məzmuna keç

Zəlzələdə yaralanan daha 10 nəfər təyyarə ilə İstanbula aparıldı

Türkiyədə güclü zəlzələ zamanı yaralanan daha 10 nəfər İstanbula aparılıb.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, yaralılar İngiltərə Hava Qüvvələrinə məxsus təyyarə ilə yola salınıb.

Təyyarə Atatürk Hava Limanına eniş edib və zəlzələdə zərər çəkən şəxslər şəhərin müxtəlif xəstəxanaların yerləşdirilib.

Digər tərəfdən, humanitar yardım daşıyan İndoneziya Hərbi Hava Qüvvələrinə aid yük təyyarəsi Atatürk Hava Limanından İncirlik Hava Bazasına yola düşüb.

Lalə Salmanova