Məzmuna keç

Putin Dumaya START müqaviləsində iştirakın dayandırılmasına dair layihə təqdim etdi

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Rusiya Federasiyasının “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə iştirakın dayandırılması ilə bağlı layihəni təqdim edib.

E-huquq.az xəbər verir ki, bu barədə Dumanın spikeri Vyaçeslav Volodin bildirib.

Qeyd edək ki, bu gün Federal Məclisə müraciətində Putin Rusiyanın “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə iştirakını dayandırdığını açıqayıb. O bildirib ki, Rusiya müqavilədən çıxmır, sadəcə iştirakını dayandırır.