Ukrayna hərbçiləri Donbasda 7 yaşayış məntəqəsində Rusiyanın hücumlarını dəf edib.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Məlumata görə, son sutka ərzində Rusiya hərbçilərinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 8, zenit-raket komplekslərinə isə 2 zərbə endirilib.
Bundan əlavə, qeyd olunur ki, Ukrayna raket və artilleriya bölmələri Rusiya canlı qüvvəsinin cəmləşdiyi 2 obyekti vurub.
İmanverdi Allahverdiyev
