Məzmuna keç

ABŞ Konqresinin üzvləri Ukraynaya “F-16” verilməsini tələb edir

ABŞ Konqresinin üzvləri hökumətdən Ukraynaya "F-16" döyüş təyyarələri verməyi tələb edir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, 15 deputat bununla bağlı ABŞ Prezidenti Cozef Baydenə göndərilən müraciətə imza atıb.

Deputatlar Kiyev administrasiyasının tələb etdiyi "F-16" və ya oxşar dördüncü nəsil döyüş təyyarələrinin tədarükü də daxil olmaqla, Ukraynaya mümkün qədər tez hava hücumundan müdafiə dəstəyinin verilməsini tələb ediblər.

Müraciətdə vurğulanıb ki, Rusiyanın son dövrdə artan genişmiqyaslı döyüş əməliyyatlarının qarşısının alınmasında və Ukraynanın hava məkanının qorunmasında "F-16"lar mühüm rol oynayacaq.

Həmçinin bildirilib ki, bu təyyarələrdən istifadə edəcək təcrübəli pilotların yetişdirilməsi vaxt tələb etdiyi üçün ABŞ-ın ən qısa zamanda qərar qəbul etməsi vacibdir.

Lalə Salmanova