"ABŞ Ukraynaya uzaqmənzilli raketlər və qırıcı təyyarələr göndərə bilər".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin üzvü, respublikaçı Maykl Makkol deyib.
O bildirib ki, Milli Təhlükəsizlik Şurası və Co Bayden administrasiyası hələ də hansı silahların və hansı müddətə göndərilməsi barədə ortaq fikrə gələ bilməyib.
Makkol deyib ki, Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı Zelenski ona lazım olan silahların siyahısını təqdim edib. Siyahıda F-16 qırıcıları və Taktik Raket Sistemləri (ATACMS) var.
İmanverdi Allahverdiyev
