Məzmuna keç

Almaniya XİN başçısı: “Türkiyədəki fəlakət sözlə ifadə edilməyəcək qədər ağırdır”

"Türkiyədə baş vermiş zəlzələnin fəsadları sözlə ifadə edilə bilməyəcək dərəcədə ağırdır”.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok Türkiyənin Kahramanmaraş şəhərinə səfəri zamanı deyib.

Berbok daxili işlər naziri Nensi Faiserlə birgə zəlzələ bölgəsində baş verən dağıntılarla yerində tanış olub.

XİN başçısı hazırkı vəziyyətdə beynəlxalq dəstəyin vacib olduğunu deyib. O, Almaniya hökumətinin Türkiyə və Susiyada zəlzələdən zərərçəkənlərə ümumilikdə 108 milyon avroluq humanitar yardım göndərdiyini diqqətə çatdırıb.

Nazir, həmçinin Suriyaya yardımların çatdırılmasında çətinlik yaşandığını deyib.

Lalə Salmanova