Məzmuna keç

Fransada 16 yaşlı şagird müəlimini bıçaqlayaraq öldürdü

Fransada şagird müəllimini bıçaqlayaraq öldürüb.

E-huquq.az "Euronews"a istinadən xəbər verir ki, hadisə Saint-Jean-de-Luz şəhərindəki məktəblərin birində baş verib.

Hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları cəlb olunsa da, yaralının həyatını xilas etmək mümkün olmayıb.

52 yaşlı ispan dili müəllimini öldürməkdə şübhəli bilinən 16 yaşlı oğlan saxlanılıb.

Faktla bağlı araşdırma başlanılıb.

İmanverdi Allahverdiyev