Türkiyədə baş verən güclü zəlzələdən sonra sosial şəbəkələr vasitəsilə provokasiya yaratmağa cəhd edən 25 nəfər həbs olunub.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, Kibercinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılan araşdırmalar nəticəsində zəlzələlərdən sonra cəmiyyətdə qorxu və çaxnaşma yaratmaq məqsədilə sosial media platformaları vasitəsilə təxribat törətməkdə şübhəli bilinən 925 səhifə aşkarlanıb.
Məlumata görə, onlardan 548-i barəsində cinayət işi başlanılıb. Baş Prokurorluğun göstərişi ilə saxlanılan 134 şübhəlidən 25-i həbs edilib.
Bundan başqa, zəlzələdən zərərçəkənlərə yardım etmək istəyənlərin xoş niyyətindən sui-istifadə edərək dələduzluq edən 81 internet saytının bağlanması təmin edilib.
Həmçinin rəsmi qurumların adından istifadə edərək vətəndaşlardan pul tələb edən 15 sosial media səhifəsi ilə bağlı lazımi tədbirlər görülüb.
Lalə Salmanova
