Türkiyədə zəlzələ bölgəsində 19 ölkə tərəfindən 22 səhra xəstəxanası qurulub.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, Türkiyəyə indiyədək 90 min 15 çadır, 167 konteyner ev və 999 səyyar gigiyena qurğusu gətirilib.
Həmçinin yardımlar çərçivəsində 1 milyon 344 min 234 adyal, 196 min 538 yataq dəsti, 74 min 750 çarpayı, 26 min 622 generator, 5 min 722 ton geyim, 3 min 65 ton gigiyenik tibbi ləvazimat və 5 min 678 ton ərzaq çatdırılıb.
Lalə Salmanova
