Məzmuna keç

NATO Çinə xəbərdarlıq etdi

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya Prezidenti Vladimir Putin ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Vanq İ arasında keçirilən görüşə münasibət bildirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, o, Çinin Ukraynadakı müharibədə Rusiyaya dəstək ola biləcəyinə işarə edərək rəsmi Pekini beynəlxalq hüququ pozacaq addımlardan çəkinməyə çağırıb.

“NATO müttəfiqləri bununla bağlı xəbərdarlıq edir. Çin Rusiyanı dəstəkləməməlidir”, – deyə Baş katib bildirib.

Qeyd edək ki, ötən gün Putin və Vanq İ arasında görüş keçirilib. Görüşdə Rusiya-Çin münasibətlərinin getdikcə inkişaf etdiyi vurğulanıb.

Lalə Salmanova