Məzmuna keç

Finlandiya Ukraynaya 3 ədəd “Leopard 2” tankı verəcək

Finlandiya Ukraynaya 3 ədəd "Leopard 2" tankı verəcək.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, Finlandiya Ukraynaya 160 milyon avro dəyərində 13-cü yardım paketini təsdiqləyib.

"Biz Ukraynaya daha çox müdafiə avadanlığı göndərəcəyik və tərəfdaşlarımızla birlikdə "Leopard 2" tankları ilə bağlı əməkdaşlıqda iştirak edəcəyik”, – deyə müdafiə naziri Mikko Savola bildirib.

Qeyd olunur ki, Finlandiya indiyədək Ukraynaya 750 milyon avro dəyərində yardım edib.

İmanverdi Allahverdiyev