Məzmuna keç

Türkiyədə vəkillər məktəb binalarının zəlzələyə davamlılığının yoxlanılmasını tələb edir

Sakarya Vəkillər Kollegiyası Türkiyədə orta məktəb binalarının zəlzələyə davamlılığının yoxlanılmasını tələb edib.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, Kollegiya bununla bağlı Türkiyənin Milli Təhsil Nazirliyinə müraciət edib.

Müraciətdə bildirilib ki, fevralın 6-da baş verən və 11 vilayətdə ciddi fəsadlara səbəb olan zəlzələ nəticəsində xeyli sayda bina dağılıb. Qeyd olunub ki, baş verən fəlakət binaların zəlzələyə davamlı olub-olmamasını yoxlamaq məsələsini aktuallaşdırıb, bu mənada məktəb binalarında yoxlamaların aparılması vacibdir.

Xüsusilə 2018-ci ilədək tikilən məktəb binalarının sökülərək yenidən tikilməsi və tikinti zamanı binanın davamlılığını təmin edən bütün zəruri tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, Türkiyədə zəlzələ bölgəsində 164 321 bina dağılıb.

Lalə Salmanova