Türkmənistan Türkiyənin zəlzələ bölgəsinə 100 çarpayı və 60 qızdırıcı göndərib.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Aşqabaddakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, “Qızıl Aypara” təşkilatı və Türkiyənin Aşqabaddakı səfirliyi tərəfindən təşkil edilən kampaniyalar çərçivəsində zəlzələdən zərərçəkənlərə indiyədək 6 min 971 adyal, 100 çarpayı, 20 generator, 60 qızdırıcı, 6 səyyar tualet, 11 ton geyim, 44 ton tibbi ləvazimat 67 ton ərzaq çatdırılıb.
Türkiyənin Aşqabaddakı səfiri Toqan Oral deyib ki, Türkmənistan zəlzələdən zərər çəkənlərə humanitar yardım göndərməyə davam edəcək.
Lalə Salmanova
