Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) zəlzələ bölgəsində qurduğu çadırların sayı 329 min 382-ə çatıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə AFAD-ın sosial şəbəkə səhifəsində məlumat verilib. Bildirilib ki, indiyə qədər 287 çadır şəhərciyi salınıb.
Məlumata görə, Hatayda 84 min 316, Kahramanmaraşda 74 min 112, Qaziantepdə 49 min 670, Adıyamanda 48 min 500, Malatyada 26 min 960, Adanada 17 min 515, Şanlıurfada 8 min 990, Osmaniyedə 7 min 282, Diyarbəkirdə 7 min 458, Kilisdə 4 min 579 çadır qurulub.
Bundan əlavə, Hatayda 1120, Kahramanmaraşda 1047, Qaziantepdə 1206, Adıyamanda 656, Malatyada 605, Şanlıurfada 1800, Osmanda 127 konteyner quraşdırılıb.
"Əlaqədar qurumlarımızın, qeyri-hökumət təşkilatlarımızın, könüllülərimizin və sevimli millətimizin dəstəyi ilə işimizi davam etdiririk", – deyə AFAD-ın açıqlamasında bildirilib.
Lalə Salmanova
