Məzmuna keç

ABŞ bu gün Ukraynaya 2 milyard dollarlıq hərbi yardım paketi elan edəcək

ABŞ bu gün Ukraynaya 2 milyard dollarlıq hərbi yardım paketi elan edəcək.

E-huquq.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, paketə xüsusən "HIMARS" reaktiv buraxılış sistemləri, artilleriya mərmiləri, bir neçə növ dron, PUA əleyhinə sistemlər, minatəmizləmə avadanlıqları, təlim üçün maliyyə və s. daxildir.

Qeyd edək ki, fevralın 20-də ABŞ prezidenti Co Bayden Kiyevə səfəri zamanı Rusiyaya qarşı mübarizədə Ukraynaya yeni yardım paketinin ayrılacağını açıqlamışdı.

İmanverdi Allahverdiyev