Məzmuna keç

Rusiyanın Ukraynadakı itkilərinin sayı açıqlandı

Son sutkada Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyanın 970 hərbçisi məhv edilib.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata görə, bununla da Rusiyanın itkilərinin sayı 146 min 820 nəfərə çatıb.

Qeyd olunub ki, müharibənin 1 ili ərzində Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3363 tank, 6600 zirehli maşın, 2033 operativ-taktiki PUA, 474 reaktiv yaylım atəşi sistemi, 2363 artilleriya sistemi, 247 hava hücumundan müdafiə sistemi, 873 qanadlı raket, 299 təyyarə, 287 helikopter, 18 gəmi, 5224 avtomobil və tanker, 229 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.

İmanverdi Allahverdiyev