"Almaniya Ukraynanı lazım olduğu qədər dəstəkləyəcək".
E-huquq.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Rusiya-Ukrayna müharibəsinin ildönümü ilə bağlı çıxışında deyib.
"Ukraynalıların qətiyyəti və cəsarəti, öz azadlıqlarını müdafiə etmələri hamımızı heyran edir. Almaniya onları bu işdə lazım olduğu qədər dəstəkləyəcək", – deyə o bildirib.
Şolts Almaniyanın indiyədək Ukraynaya 14,83 milyard dollard avro dəyərində yardım göstərdiyini vurğulayıb.
İmanverdi Allahverdiyev
