"Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına hazırdır".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.
O bildirib ki, Ukrayna müharibədə Rusiyaya qalib gəlmək üçün yeni mərhələyə qədəm qoyur.
"Bir il əvvəl çoxları gözləyirdi ki, Ukrayna bir neçə həftəyə yox olacaq. Hər şey dəyişib. Bu gün gündəmin əsas sualı Ukraynanın qələbəsinin nə olacağıdır. Cavab sadədir, Qələbə bütün ərazilərimizin 1991-ci il sərhədlərinə qədər azad edilməsi və Rusiyadan gələn təhlükənin aradan qaldırılmasıdır. Düşmənimiz hələ də çox təhlükəlidir və çoxlu resurslara malikdir. Amma o, artıq strateji baxımdan məğlub olub. Biz bunu başa düşməliyik. Artıq bir il əvvəlki kimi qeyri-müəyyənlik yoxdur. Bu, asan olmayacaq. Amma biz bacaracağıq”, – nazir "Facebook" səhifəsində yazıb.
Reznikov qeyd edib ki, Ukrayna bu döyüşdə tək deyil, onu dəstəkləyən 54 ölkədən ibarət koalisiya var.
İmanverdi Allahverdiyev
