Polşa bu gün “Leopard 2” tanklarının ilk partiyasını Ukraynaya göndərəcək.
E-huquq.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşr qeyd edir ki, Rusiya-Ukrayna müharibəsinin ildönümü günü Polşa hökumətinin Ukraynaya vəd etdiyi 14 tankdan 2-nin göndərilməsi gözlənilir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.
İmanverdi Allahverdiyev
