Türkiyədə zəlzələ bölgəsində çalışan Pakistanın axtarış-xilasetmə qrupu ölkələrinə geri qayıdıb.
E-huquq.az xəbər verir ki, 35 nəfərdən ibarət qrupu İslamabad Beynəlxalq Hava limanında Pakistanın təhsil naziri Rana Tanvir Hüseyn və Türkiyənin İslamabaddakı səfiri Mehmet Paçacı qarşılayıblar.
Səfir Türkiyəyə verdiyi dəstəyə görə Pakistana təşəkkür edib.
Qeyd edək ki, pakistanlı xilasedicilər 13 nəfəri dağıntılar altından sağ çıxarıb.
Lalə Salmanova
