Məzmuna keç

Ukrayna Baş Qərargahı: “Rus əsgərləri Xersondan Krıma qaçmağa hazırlaşır”

"Rusiya hərbçiləri Xerson vilayətindən Krım ərazisinə qaçmağa hazırlaşır".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Qeyd olunub ki, ruslar Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətini azad edəcəyindən qorxurlar.

“Onlar Xerson vilayətinin Oleşki və Skadovsk qəsəbəsi ərazisinən Krıma qaçmağa hazırlaşır”, – məlumatda deyilir.

İmanverdi Allahverdiyev