Məzmuna keç

Avstriyada Türkiyənin zəlzələ bölgəsi üçün yardım kampaniyası keçirildi

Avstriyada Türkiyənin zəlzələ bölgəsi üçün yardım kampaniyası keçirilib.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, 23 qeyri-hökumət təşkilatının birgə təşəbbüsü ilə təşkil edilən yardım kampaniyası müxtəlif kanallarda, xüsusilə sosial mediada canlı yayımlanıb.

Canlı yayıma qoşulan şəxslər ianələr ediblər.

Toplanan vəsaitlə zəlzələdən ciddi zərər görən Elbistanda 100 konteynerdən ibarət “Avstriya məhəlləsi” qurmaq planlaşdırılıb.

Təxminən 4 saat davam edən proqramda 433 min 927 avro toplanıb.

Lalə Salmanova